Yuxarı

Qəzzada atəşkəs elan olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzada atəşkəs elan olundu

BMT Baş katibi Pan Ki Mun və ABŞ Xarici İşlər naziri Con Kerri İsraillə Həmas arasında üçgünlük atəşkəs razılaşması əldə edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Pan Ki Mun və C.Kerri etdikləri ortaq yazılı açıqlamada BMT nümayəndəsi və xüsusi koordinator Robert Serrinin tərəflərdən üçgünlük atəşkəsin təmin edilməsi mövzusunda zəmanət aldığı bildiriblər.

Atəşkəsin avqustun 1-i saat 10:00-dan etibarən qüvvəyə minəcəyi və 72 saat davam edəcəyi yazılan açıqlamada bu müddət ərzində tərəflərin hərbi əməliyyatları dayandıracağı qeyd edilib.

Ortaq açıqlamada belə yazılıb: "Atəşkəslə birlikdə tərəflər verdiyi sözləri tam olaraq yerinə yetirməlidirlər. Bu müddətdə Qəzzada yaşayan vətəndaşlar ehtiyacları təmin edəcək, ölülərini basdıracaq, yaralılarını müalicə və ərzaq kimi həyati ehtiyaclarını təmin edə biləcəklər. Eləcə də, su və elektrik təmin edən stansiyaların da bu müddətdə təmir edilməsi nəzərdə tutulur".

Tarix
2014.08.01 / 09:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Şövkət Mirziyayev Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla