Yuxarı

Yanukoviç qaçmaq üçün 4 milyard dollar verib – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviç qaçmaq üçün 4 milyard dollar verib – Şok iddia

Viktor Yanukoviç onun tutulub Maydana aparılmaması üçün Yasenyuk və Turçinova 4 milyard dollar verib.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, belə bir şok iddia ilə Ali Radanın adının çəkilməsini istəməyən deputatlarından biri çıxış edib.

Onun sözlərinə görə, məlum hadisələr zamanı Yanukoviç tutularaq Maydana gətirilib, cəzalandırılmalı idi, lakin son anda Aleksandr Turçinov və Arseni Yasenyuk geri addım atıblar.

Ali Rada kuluarlarında isə belə söhbət gəzir ki, Yanukoviç qaçması üçün 4 milyard dollar verib.

Deputatın sözlərinə görə, həmin pullar Turçinov və Yasenyuka verilib, çünki prezidentin Maydana gətirilməsi ilə bağlı qərarı son anda onlar dəyişib: "Həmin vaxt Qərb liderlərindən biri Yanukoviçə zəng edərək xəbərdarlıq edib ki, əgər qanlı planlarından əl çəkməsə, onu Maydana təhvil verəcəklər. Həmin zəngdən sonra Yanukoviç geri çəkilmək əmri verib. Yasenyuk və digər müxalifət liderlərinin də bundan xəbərləri olub. Əgər indiki hakimiyyət Yanukoviçi buraxmasaydı müharibə də olmayacaqdı".

Tarix
2014.08.02 / 12:18
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla