Yuxarı

Obama: “Putin Rusiya üçün təhlükədir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama: “Putin Rusiya üçün təhlükədir”

"Ekonomist" jurnalına müsahibə verən ABŞ prezidenti Barak Obama Vladimir Putinin Rusiya üçün təhlükəli olduğunu deyib.

Axar.az xəbər verir ki, Obama 2009-ci ildə Rusiya ilə münasibətlərdəki sıxlıq və müsbət inkişafın artıq hiss olunmadığını deyib.

Onun sözlərinə görə, Rusiya ikili oyun oynayır: "Biz o zaman prezident Dmitri Medvedev ilə yaxşı əlaqələr qurmuşduq. Amma indi bu əlaqələrdən əsər-əlamət yoxdur. Putin ikili oyun oynayır. Həm Qərblə əlaqələri kəsmək, həm də şərqi itirmək istəmir".

Qeyd edək ki, Obama Rusiyanın xarici siyasətini analiz edərkən son zamanlar yaşanan hadisələrin yaxşı nəticələnməyəcəyini deyib: "Düzdür, Putin qısa vaxt ərzində ABŞ-da məşhurlaşdı. Bu bizim xeyrimizə olan məsələ deyil. Amma buna baxmayaraq, Putin Rusiya üçün təhlükəlidir. Bu ölkə gərginlik altında saxlanılır. Son hadisələr onu göstərir ki, biz sanksiyalar tətbiq etməsək, Rusiya qlobal dünyada təhlükə mənbəyinə çevrilə bilər".

Daha sonra ABŞ prezidenti yaranmış vəziyyətin nüvə silahı səviyyəsinə çatmağından narahatlığını ifadə edib: "Biz yaranmış bu vəziyyəti qiymətləndirməli və adekvat tədbirlər görməliyik. Çünki kim zəmanət verə bilər ki, yaranmış vəziyyət xarici siyasətdə gərginliyə və nüvə silahlarının işə salınmasına gətirib çıxarmayacaq?"

Tarix
2014.08.04 / 18:24
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla