Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Türkiyənin sərnişin təyyarəsini vurmaq əmri verdim - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçirilən Olimpiya Oyunları öncəsi Rusiya hərbi aviasiyası terrorçular tərəfindən ələ keçirildiyi bildirilən sərnişin təyyarəsini yaxalamaq üçün havaya qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya lideri Putin onun haqqında çəkilən “Putin” filmində danışıb. Putin mövcud situasiyaya uyğun hərəkət etmək, o cümlədən zərurət yarandığı halda təyyarəni vurmaq barədə tapşırıq verdiyini deyib.

“Hardasa yolun yarısında adyutant Olimpiadanın Təhlükəsizlik Qərargahının rəhbərinə telefon açır və məruzə edir: Ukraynadan İstanbula gedən təyyarə ələ keçirilib, onlar Soçiyə eniş tələb edirlər”, - prezident deyib.

Söhbət göyərtəsində 110 sərnişin olan və Xarkovdan İstanbula uçan “Peqasus” şirkətinə məxsus Boinq-737-700 təyyarəsindən gedir.

Putin deyib ki, SOS siqnalını Türkiyəyə məxsus təyyarə verib və pilot sərnişinlərdən birində bomba olduğunu deyib.

Filmdə danışan FTX rəhbəri Aleksandr Bortnikov da bildirib ki, təyyarənin uçuşuna nəzarət etmək üçün hərbi qırıcılar havaya qaldırılıb.

“Mən soruşdum ki, nə təklif edirsiniz? Cavab gözlənilən idi, bildirdilər ki, hadisələrin inkişafına görə, plana uyğun: vurmaq!” - Putin bildirib.

Putin plana uyğun hərəkət etmək barədə əmr verib. 5-7 dəqiqədən sonra ikinci zəng gəlib və bildirilib ki, bu, sərxoş sərnişinin sayıqlaması imiş. Nəticədə, təyyarə Türkiyəyə uğurla enib.

Qeyd edək ki, hadisə 2014-cü il 7 fevralda baş vermişdi.

Tarix
2018.03.11 / 22:19
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Poroşenko Putinə zəng etdi: Əsirləri azad et!

Çin ABŞ-dakı investisiyalarını 92% azaltdı

Təcavüzkar Rusiyadan qorunmaq üçün… - NATO

Türkiyə daha bir möhtəşəm silahını sınadı – Video

Ələ keçirilən PKK liderinin kimliyi açıqlandı - Şok isim

Cənubi Koreya lideri Moskvaya gəldi

Terrorçular İrana “ideal vaxtda” hücum etdi: ölənlər var

Türkiyədən ABŞ-a cavab: 300 milyon dollarlıq…

İranla Türkiyə arasında Qəndil problemi... – Yıldırım

Terror qruplaşması İdlibdə özünə bank açdı

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla