Yuxarı

PKK-nın gizlətdiyi 25 tank... – Bombardman başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı başladıqdan sonra PKK terror qruplaşmasının istifadə etməyə fürsət tapmadığı 25 ədəd tankı olduğu üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb.

Əsəd rejimindən 2011-ci ildə 13 tank alan PKK sonrakı illərdə ASO-nun nəzarətindəki ərazilərdə aparılan döyüşlər zamanı daha 10 tank oğurlayıb. İranın dəstəklədiyi şiə milislərin hədiyyə etdiyi tanklarla birlikdə isə PKK-nın tanklarının sayı 25-ə çatıb.

Türk ordusu və ASO-nun Afrin istiqamətində irəliləməsi ilə terrorçular həmin tankları cəbhə xəttində istifadə edə bilməyib. Buna səbəb isə TSQ-nın bölgədəki bütün mövqe, sipər və ağır silahları müəyyən edərək aviasiya və artilleriya zərbələri ilə məhv etməsi olub. Belə olan halda PKK əlində olan 25 tankın da məhv edilməsi təhlükəsi qarşısında geri addım adıb.

PKK-nın tanklarının hazırda Afrinin cənub-şərqində terror qruplaşmasının HAT xüsusi təyinatlı dəstələrinin də qaçdığı Buselhaya ərazisində olduğu ehtimal edilir.

Türk aviasiyası sözügedən ərazini artıq bir neçə gündür bombardman edir.

Tarix
2018.03.12 / 10:19
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla