Yuxarı

Hicabı açmaq əxlaqsızlığı yaymaq deməkdir - Laricani

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hicaba riayət etməmək və ya hicabsızlığa rəvac vermək fahişəliyi yaymaqdır.

Axar.az xəbər verir ki, bunu İran Məhkəmə Sisteminin rəisi axund Sadiq Laricani martın 12-də jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı çıxan qadınlar haqda danışarkən deyib.

“Hicaba riayət etməmək və ya hicabsızlığa rəvac vermək, demək olar ki, bir növ fahişəliyi yaymaqdır. Ölkə qanununda və şəriətdə kökü olan mövzularda şübhə etmək olmaz. Hicab da həmin mövzulardan biridir. Hicab məsələsində bəzi gənclər səhvə yol verə bilər. Bunu başa düşmək olar. Lakin nəyə görə ölkənin bir növ tanınmış şəxslərindən olan və elit zümrədən sayılan bəzi adamlar bu məsələdən danışanda düşmənin mövqeyindən çıxış edirlər?”- deyə Laricanı bildirib.

Laricanı açıqlamasında hicaba etiraz edənlərin referendum təklifinə də toxunub:

“Bu tip şəxslərdən olan bəziləri hicabla bağlı bəzən bayağı fikirlər səsləndirir, onların istədiyi ölkədə haram bir məsələnin barəsində referendum keçirilməsidir. Biz isə hesab edirik ki, hicabsızlıq digər haram əməllərlə eynidir və onların arasında heç bir fərq yoxdur”.

Xatırladaq ki, 3 ay bundan əvvəl Vida Müvəhhid adlı 31 yaşlı qadının Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq başlatdığı etiraz kompaniyası sosial şəbəkələrdə böyük kütlə tərəfindən rəğbətlə qarşılanıb və ona “İnqilab küçəsinin qızı” adı verilib.

Tarix
2018.03.13 / 16:33
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla