Yuxarı

Putin Qərbə qarşı sanksiyaları rəsmiləşdirdi - Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Qərbə qarşı sanksiyaları rəsmiləşdirdi - Son dəqiqə

Rusiya Prezidenti Vladimir Putin ABŞ və Qərbə qarşı sanksiyalarla bağlı fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası dövlət başçısının rəsmi saytına istinadən xəbər yayıb. Avqustun 5-də hökumətə sanksiyaların hazırlanması göstərişini verən Putin bu məsələnin yerinə yetirilməsini rəsmiləşdirib. Verilən qərarda deyilir ki, məqsəd Rusiyanın təhlükəsizliyinin təmin olunmasıdır.

Qərbə qarşı tətbiq olunan sanksiyalar siyahısında iqtisadi sferalarla yanaşı, daha çox yeyinti məhsullarının Rusiya ərazisinə gətirilməsinin qarşısının alınması yer alıb. Hazırda daha dəqiq və konkret işlərin görülməsi üçün müxəlif monitorinqlərin aparılmasına göstəriş verilib. Bir məqam dəqiqdir ki, Avropadan meyvə və tərəvəz məhsullarının, ABŞ-dan isə kənd təsərrüfatı təyinatlı ərzağın Rusiyaya gətirilməsinə tam qadağa qoyulub.

Məsələ ilə əlaqədar münasibətini açıqlayan bəzi ekspertlər isə verilən fərmanın Rusiyanın özünün əleyhinə işləyəcəyini bildiriblər.

Tarix
2014.08.07 / 00:28
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla