Yuxarı

Ermənilər Ərdoğana cavab qaytardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Ərdoğana cavab qaytardı

Türkiyədə keçiriləcək prezident seçkisinin ən real namizədi olaraq göstərilən Rəcəb Tayyib Ərdoğan "NTV"də yayımlanan "Namizədlər danışır" proqramında ermənilərlə bağlı söylədiyi fikirə görə erməni yazarların qınağına tuş gəlib.

Türkiyədə yaşayan bir sıra erməni müxbir, yazıçı və ziyalılar Ərdoğanın söylədiyi sözlərə qarşılıq olaraq, "Bağışlayın, ermənilər" başlıqlı yazılı açıqlama ilə cavab veriblər.

Mətndə Anna Turay, Arat Dink, Ardaşez Margosyan, Aris Nalcı, Garo Paylan, Harutyun Özer, Karin Karakaşlı, Kenan Yenice, Hayko Bağdat, Nazar Binatlı, Nazar Büyüm, Ohannes Kılıçdağı, Rober Koptaş, Sebu Aslangil, Şake Yalçın, Tatyos Bebek, Yetvart Danzikyan kimi ictimaiyyət xadimlərinin imzası yer alıb.

"60 il bizə "türkəm" söylətdilər. Söylədiyimiz şeyi heç də çirkin qəbul etmədik. Bizim də içimizdə türk düşməni oldu, amma biz onu seçib baş tacı etmədik. Bu bizim təmsilçimizdir deyə ortaya çıxarmadıq." – deyə erməni qələm adamları Ərdoğanın sözünə etirazlarını bildiriblər.

Xatırladaq ki, R.T.Ərdoğan qonaq olduğu proqramda haqqında söylənən iddialara, "Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var: Türk oğlu türkəm!" – deyə cavab verib.

ANS

Tarix
2014.08.07 / 08:43
Müəllif
Axar.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla