Yuxarı

İsrail Türkiyədə prezident seçkisinin bitməsini gözləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Türkiyədə prezident seçkisinin bitməsini gözləyir

İsrailin Xarici İşlər naziri Aviqdor Liberman ilə ABŞ Dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada nazir Liberman Kerri ilə danışığında ABŞ-ın BMT-də İsrail əleyhinə qərarın çıxarılmaması üçün verdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Liberman telefon danışığında Türkiyə mövzusuna da toxunub.

Türkiyə ilə gərginliyin yaranmasında İsrailin maraqlı olmadığını deyən Liberman vəziyyətin belə davam edəcəyi təqdirdə susmayacaqlarını bildirib:

"İsrail Türkiyə ilə gərginliyi artırmaq istəmir. Biz bu vaxta kimi Baş nazir Ərdoğanın İsrailə qarşı ittiham və sərt bəyanatlarına cavab verməkdən imtina etmişik. Ümid edirəm ki, Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra bu hücumlar sona çatar. Çatmasa, İsrail buna cavab verəcək".

Tarix
2014.08.08 / 11:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

Türkiyə DİN də Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla