Yuxarı

72 saatlıq atəşkəs yenidən pozuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
72 saatlıq atəşkəs yenidən pozuldu

Qəzzada atəşkəsin uzadılması istiqamətində bu vaxta qədər fələstinli qruplaşmalar və İsrail arasında razılıq təmin edilə bilinmədi.

Axar.az xəbər verir ki, Qəzzada razılaşdırılan 72 saatlıq atəşkəs bu gün 10:00-da bitib. "Röyter" Xəbər Agentliyinin şahidlərin fikirlərinə istinadən verdiyi məlumata görə, atəşkəs müddəti bitər-bitməz İsrail Qəzzaya havadan hücumu edib. Ölən və yaralananlar haqqında məlumat yoxdur.

Digər tərəfdən HƏMAS təşkilatı İsrail ordusunun fələstinli qruplaşmaların atəşkəs razılığını pozduğu iddiasını da inkar edib. HƏMAS sözçüsü Sami Əbu-Zuhri bunu İsrail tərəfindən hücum etmək üçün bəhanə olduğunu bildirib.

Xatırladaq ki, İsrailin embarqo altında saxladığı Qəzzaya iyulun 7-də başlatdığı "qoruyucu xətt" adlı əməliyyatda 432-si uşaq, 243-ü qadın olmaqla 1886 adam həlak olub, 2979-u uşaq, 1903-ü qadın olmaqla 9806 nəfər yaralanıb.

Tarix
2014.08.08 / 14:40
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla