Yuxarı

Partlayan təyyarədə sağ qalan var – Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Partlayan təyyarədə sağ qalan var – Yeniləndi

13:06

Tehranın Mehrabad hava limanının 4 kilometrliyində partlayan İran-140 (An-140) kiçiktutumlu təyyarəsində sağ qalmış sərnişinlər var.

Axar.az xəbər verir ki, bu barədə İran Nəqliyyat nazirinin köməkçisi Əli Reda Cahangiryan Fars agentliyinə bildirib.

Onun sözlərinə görə, sərnişinlər içində yaralı da var və onlar xəstəxanaya yerləşdirilib.

Cahangiryan bildirib ki, təyyarə havaya qalxandan sonra istiqamətini dəyişib.

"Təyyarə meşə ərazisinə düşdüyündən, əlavə ölüm və dağıntı yoxdur", - deyə Cahangiryan bildirib.

Xatırladaq ki, bu gün İran-140 təyyarəsinin partlaması nəticəsində sərnişinlərin hamısının öldüyü bildirilmişdi. Təyyarədə 40 sərnişin və 8 ekipaj üzvü olub.

Hazırda 10 meyitin hadisə yerindən götürüldüyü bildirilir və yaralı sərnişinlər də tapılıb.

***

Qəzadan 9 nəfərin sağ qaldığı və onların xəstəxanalara yerləşdirildiyini İRNA agentliyi açıqlayıb. Agentlik yaralıların vəziyyəti barədə məlumat verməyib.

Tarix
2014.08.10 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla