Yuxarı

Rusiya parçalanma ərəfəsinə yaxınlaşır – Kiselyov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya parçalanma ərəfəsinə yaxınlaşır – Kiselyov

Hələlik Rusiya öz birliyini qoruyub saxlaya bilir, amma ölkədə bir neçə region var ki, buranın yerli elitası tərəfdən böyük risklər yarana bilər.

Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı jurnalist Yevgeni Kiselyov deyib. Onun sözlərinə görə, Rusiya üçün ən böyük problemi Şimali Qafqaz, Primorye və Uzaq Şərq yarada bilər:

“Şimali Qafqaz yenidən alovlana bilər. Rusiyanın Primorye, Uzaq Şərq kimi regionları ilə də nə zamansa problemlər yarana bilər. Buranın özünə uyğun ənənəsi var. Bir zamanlar burada Uzaq Şərq respublikası mövcud olub. Hazırda Yaponiyadakı iqtisadi vəziyyət Uzaq Şərq insanı üçün ondan minlərlə kilometr uzaqda yerləşən Moskvada baş verənlərdən daha önəmlidir.

Təkrar edirəm: yerli millətin əksəriyyət təşkil etdiyi böyük muxtar respublikalarda gərginlik ola bilər. Bu sırada mən Tatarıstan və Başqırdıstan, bir sıra Şimali Qafqaz respublikalarını görürəm. Dağıstanda başlayan millətlərarası fikir ayrılığının yatırılması üçün milliyətcə rus olan Vladimir Vasilyevin göndərilməsi təsadüfi deyil”, – deyə o bildirib.

Tarix
2018.04.02 / 14:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramovla Almaniya XİN başçısı görüşdü

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla