Yuxarı

Putinin bütün hesabı SSRİ üçündür – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bu gün apardığı siyasəti anlamaq üçün bu ölkənin tarixinə nəzər salmaq, bəzi məsələləri analiz etmək lazımdır. Rusiya tarixində islahat aparan, aparmağa cəhd edən istənilən şəxs, şəxslər qətl ediliblər və qəribədir ki, həmin qətlləri törədənlər də niyyətlərinə çatmayıblar, əks effektlə qarşılaşıblar.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O qeyd edib ki, Rusiya tarixində ən böyük islahatçılardan biri II Aleksandr olub:

“O, təhkimçilik hüququnu ləğv edib, Avropa iqtisadi modelinə bənzər modelin əsasını qoyub, sənayeləşməni təşviq edib, hətta Rusiya onun dövründə bütün müharibələri udub. Amma “Narodnaya volya” təşkilatı 13 mart 1881-cı ildə çara qarşı terror hadisəsi törədərək onun ayaqları altına bomba atır və nəticədə II Aleksandr həlak olur. “Narodovoltsı” bu addımdan sonra gözləyirdi ki, rus xalqı ayağa qalxacaq, mütləq monarxiyanı devirəcək. Ancaq tam əksi baş verdi, çarın öldürüldüyü yer müqəddəs ziyarətgaha çevrildi. Camaatdan yığılan pulla və çar ailəsinin dəstəyi ilə Aleksandr öldürülən yerdə onun şərəfinə möhtəşəm “Xilaskar qan kilsəsi” tikildi. Həmin yer bu gün də Peterburqun ən görkəmli ziyarət yerlərindən biridir. Qətldə məqsəd xalqı üsyana qaldırmaq idi, ancaq xalq çar ailəsi ətrafında daha sıx birləşdi. Sonra Rusiyada Stolıpin adlı bir nəfər çar imperiyasının baş naziri oldu, ciddi islahatlara başladı, ölkəni avropasayağı modernləşdirməyə çalışdı. Ancaq 1911-ci il avqustun sonunda ona 2 güllə atdılar, ağır yaralandı, sentyabrın 5-də öldü. Nəticədə hər şey yarımçıq aldı”.

Ekspertin fikrincə, Rusiyanın son çarı II Nikolay şəxsiyyət olaraq zəif olsa da, avropasayağı ölkə qurmaq istəyirdi:

“O da siyasi islahatlar etdi, parlament formalaşdı və daha böyük səlahiyyətlər aldı, yerli özünüidarə institutları yarandı. Amma bolşeviklər onu və bütün ailəsini məhv etdilər. Sovet Rusiyası isə tamam başqa yol tutdu - dünyadan təcrid olundu, Avropadan uzaq düşdü. Bu absurd yol nəticəsində Rusiya və ətrafı ciddi problemlərlə üzləşdi. SSRİ dönəmində Rusiya imperiyası sadəcə qiyafəsini dəyişdi, başqa ad və ideologiya ilə siyasətini davam etdirdi. Amma tarixində ən böyük güc mərkəzinə də məhz SSRİ dövründə çatdı”.

İqtisadçı bildirib ki, bu gün Kremlin SSRİ xiffəti məhz o güclü dövrə görədir:

“Rusiya indi məhz həmin gücü bərpa etmək istəyir, bütün hesablar SSRİ-nin bərpası üçündür. Təsadüfi deyil ki, Putin dəfələrlə 20-ci əsrin ən böyük faciəsini on milyonlarla insanın öldüyü II Dünya müharibəsinin deyil, məhz SSRİ-nin dağılması olduğunu vurğulayıb”.

Tarix
2018.04.02 / 15:16
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Türk liderlər bəyannamə imzaladı

Zakir Həsənov türk generalla görüşdü - Video

Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama

Əliyevin şərəfinə verilən ziyafətin menyusu diqqət çəkdi - Foto

Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi

Əliyevlə Ərdoğanın Budapeştdə səmimi söhbəti - Video

Azərbaycanda 9-cu hava limanı istifadəyə veriləcək

Əziz Səncərin təltif olunması: Prezident də iştirak etdi

Ermənistan Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün...

İran hərbçiləri Azərbaycanda, Nəsirzadə İrəvanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla