Yuxarı

Misirin prezidenti bəlli oldu: Növbəti dəfə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirin prezidenti bəlli oldu: Növbəti dəfə...

Misirin hazırkı Prezidenti Əbdülfəttah əs-Sisi rəsmən növbəti dörd il müddətinə Misir Ərəb Respublikasının dövlət başçısı vəzifəsinə seçilib.

Axar.az xəbər verir ki, bunu Qahirədə keçirilən mətbuat konfransında Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bəyan edib. Onun sözlərinə görə, ölkə daxilində seçkilərdə 24 milyon 97 min 92 seçici iştirak edib, xarici ölkələrdə səsverməyə isə 157 min 60 misirli qatılıb. Səsvermədə ümumilikdə 24 milyon 254 min 152 Misir vətəndaşı iştirak edib. Seçici fəallığı isə 41,05 faiz olub.

Milli Seçki Komissiyasının məlumatına görə, seçicilərin 21 milyon 835 min 387-si (97,08 faizi) Prezident Əbdülfəttah əs-Sisiyə səs verib. Onun yeganə rəqibi “Al Qad” partiyasının lideri Musa Mustafa Musa isə seçicilərin 2,92 faizinin səsini toplayıb.

Misirdə prezident seçkilərinin gedişini 18 min hakim, 54 yerli qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, 9 beynəlxalq təşkilatın və KİV-lərin təmsilçiləri müşahidə ediblər. Yerli və beynəlxalq müşahidəçilərin fikrincə, prezident seçkiləri azad, şəffaf şəkildə keçirilib və ciddi qanun pozuntusu qeydə alınmayıb.

Tarix
2018.04.02 / 19:32
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla