Yuxarı

Saakaşvili: ”Putin elə yerə daxil olub ki...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili: ”Putin elə yerə daxil olub ki...”

"Prezident Vladimir Putin Ukrayna məsələsində çox irəli gedib və Rusiya bundan itkisiz ötüşməyəcək".

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna kanallarından birinə müsahibə verərkən söyləyib.

Eks-prezident Ukrayna məsələsində Rusiyanın perspektivinin olmadığını bildirib:

"Son aylar Ukraynaya səfərim çox olub. Əslində, ukraynalılar müharibəni ən az istəyirlər. Lakin bu, ukraynalıların seçimi deyil. Düşünürəm ki, Rusiyanın perspektivi yoxdur. Putin elə bir əraziyə daxil olub ki, oradan bütöv çıxmaq mümkün deyil. Krımın işğalı ona yetərincə asan göründü. Bu səbəbdən elə bildi ki, Ukraynanın digər əraziləri də belə asan olacaq. Ukraynanın şərqi, cənubu və ümumiyyətlə, bütöv Ukrayna təslim olacaq və Böyük Rusiya imperiyası yenidən bərpa olacaq".

Tarix
2014.08.11 / 18:27
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla