Yuxarı

ABŞ və İngiltərə İraqa girir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İngiltərə İraqa girir

Pentaqonun İraqdakı yezidləri İŞİD hücumlarından qorumaq üçün hazırladığı plan Prezident Barak Obama tərəfində təsdiq olunmaq üzrədir.

Axar.az xəbər verir ki, ABŞ səlahiyyətliləri bu missiyanın ötən 6 gün boyunca hava yardımlarından sonra nəzərdən keçirilən variantlardan biri olduğunu bildirirlər.

Qeyd edək ki, insanlara humanitar yardımın hava vasitəsi ilə uzun müddət davam edə biləcəyi mümkünlüyünü rədd edən ekspertlər ABŞ-ın yaxın zamanlarda İraqa girəcəyini proqnozlaşdırır. Ekspertlər xilasetmə əməliyyatı adı altında ABŞ-ın İraqa girməsinin tam real olduğunu bildirir. Hətta bəzi ekspertlər bunu bir müddət öncə Rusiyanın Krıma girməsi ilə də müqayisə edir.

Artıq Pentaqon 130 hərbçinin İraqa göndərilməsi üçün Obamaya müraciət edib. Bununla yanaşı, İngiltərə də ABŞ-la bərabər hərbi əməliyyatlarda iştirak edəcəyini elan edib.

Qeyd edək ki, ötən gün Obama verdiyi açıqlamada İraqın hazırda daha çox köməyə ehtiyacı olduğunu bildirmişdi. Onun sözlərinə görə, formalaşmaqda olan kürd hökuməti ilə silah təminatı barədə danışıqlar gedir.

35 minə yaxın yezidin xilasetmə əməliyyatlarının asan olmayacağını bildirən ABŞ lideri genişmiqyaslı hərbi əməliyyatlar planlaşdırmadıqlarını deyib

Tarix
2014.08.14 / 01:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla