Yuxarı

Rusiyadan Ukraynaya gələn yardım karvanı yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Ukraynaya gələn yardım karvanı yoxa çıxdı

"Humanitar yardım aparan Rusiya karvanı naməlum istiqamətdə yoxa çıxıb".

Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Sergey Kuniçın məlumat verib.

O, yardım karvanının daha bir neçə dəstəyə bölündüyünü bildirib:

"Hazırda kolonnanın naməlum istiqamətdə yoxa çıxdığı məlumdur. Deyilənə görə, həmin dəstə bir neçə hissəyə bölünüb".

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti isə Rusiyanın humanitar yardımının Qırmızı Xaç və Ukrayna hakimiyyətinin nəzarəti altında olmasının vacibliyini söyləyib.

"Biz yük maşınlarında nə olduğunu bilmirik. Ukrayna hökumətinin icazəsi olmadan heç nə ola bilməz. Yüklərlə bağlı yekun qərarı onlar qəbul etməlidir. Buna görə də Rusiya tərəfindən göstərilən hər hansı yardım müvafiq gömrük rəsmiləşdirilməsindən keçməli və tərəflər arasında razılaşdırılmış şəkildə BQXK tərəfindən nəzarət olunmalıdır", - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.

Tarix
2014.08.14 / 14:42
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla