Yuxarı

Putin: “Artıq qərar verilib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: “Artıq qərar verilib”

Rusiya Prezidenti Vladimir Putin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı qərarından vaz keçməyəcəyini bildirib.

Axar.az xəbər verir ki, Putin geri qayıdışın mümkün olmadığını, Krımın artıq Rusiya torpağı sayıldığını deyib. Bu barədə Krım səfəri zamanı açıqlama verən Rusiya lideri yarımadanın ilhaq olunmadığını da nəzərə çatdırıb:

"Krım ilhaq olunmayıb. Bu xalqın seçimidir. Krım tarixi rus torpaqlarının tərkib hissəsidir. Bizi günahlandıranların heç bir əsası yoxdur. Artıq qərar verilib. Bu qərardan imtina etmək özümüzdən imtina etməyə bərabərdir".

Putin çıxışında 2020-ci ilədək Rusiya büdcəsindən Krımın inkişafı üçün 700 milyard rubl (təxminən 20 milyard dollar) ayrılacağını bildirib. Bundan başqa, Putin burada yaşayan üç böyük xalq - ruslar, ukraynlar və Krım tatarları üçün öz dillərində qanunlar külliyatının hazırlanacağını deyib.

Putin çıxışında Moskvanın xarici siyasətinə də toxunaraq, ABŞ və Qərblə münasibətlərdə Rusiyanın özünümüdafiə hüququnun olduğunu dilə gətirib. Onun sözlərinə görə, ABŞ ikili siyasət yürüdür:

"Mən başa düşə bilmirəm, ABŞ strateji silahların istehsalını davam etdirə bilər, amma biz edəndə qanunsuz olur? ABŞ özünün milli maraqları ilə hərəkət edir. Biz də bunu öz maraqlarımıza uyğun davam etdirəcəyik".

Xatırladaq ki, bu səfər Krımın ilhaqından sonra Putinin ikinci vizitidir. Putin martın 18-də, Krımın Rusiyaya birləşdirilməsi təsdiq olunduqdan sonra 9 may qələbə günündə Krıma ilk səfərini reallaşdırmışdı.

Tarix
2014.08.14 / 21:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla