Yuxarı

Yeni nazir gözlənilmədən istefa verdi: Səbəb açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın yeni təyin olunmuş daxili işlər naziri Tomas Druker aprelin 16-da gözlənilmədən tutduğu vəzifədən istefa verib.

Axar.az xəbər verir ki, jurnalistlər qarşısında istefasının səbəblərinə aydınlıq gətirən T.Druker bunu polis prezidenti Tibor Qasparın vəzifəsindən uzaqlaşdırılması məsələsi ilə əlaqələndirib. O, müxalifət partiyaları və ictimaiyyətin tələbi əsasında T.Qasparın səlahiyyətlərinə xitam verilməsi cavabdehliyini öz üzərinə götürə bilməyəcəyini və bununla da ölkə ictimaiyyətində qütbləşmənin daha da güclənməsi məsuliyyətini daşımaq istəmədiyini bəyan edib.

T.Drukerin sözlərinə görə, T.Qasparın fəaliyyəti dövründə göstərdiyi xidmətləri nəzərə aldıqda, siyasi təzyiq əsasında onu vəzifəsindən uzaqlaşdırmaq düzgün və ədalətli addım olmazdı. Araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra ölkədəki etiraz nümayişlərində vətəndaşların dövlətə inamının yenidən bərpa olunması üçün polis prezidenti T.Qasparın vəzifəsindən uzaqlaşdırılması tələb olunurdu. Daxili işlər naziri T.Druker bu tələblər qarşısında polis prezidentini istefaya göndərmək əvəzinə, öz postundan imtina edib: “Belə şəraitdə mənim haqqım yoxdur ki, tutduğum vəzifədə işimi davam etdirim”.

Ölkədəki etiraz nümayişlərində, həmçinin fevralın sonunda qətlə yetirilmiş jurnalistin işi ilə bağlı təhqiqatların qeyri-obyektiv və ləng aparılmasında T.Qasparın günahkar olduğu iddia olunur. Eyni zamanda, koalisiyalı hökumətə yaxın şirkətlərlə bağlı korrupsiya qalmaqallarının ləng araşdırılmasında da onun adı hallanır.

Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.

Cəmi üç həftə bundan əvvəl daxili işlər naziri vəzifəsinə təyin olunan T.Druker istefaya getdikdən sonra siyasətdən uzaqlaşacağını bəyan edib.

Tarix
2018.04.16 / 22:46
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla