Yuxarı

Qərb Putini Aralıqda aldatdı və 1 ay vaxt verdi – Sensasion iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin hazırda öz simasını qorumağa çalışır.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı müxalif siyasətçi Konstantin Borovoy deyib.

“Suriyaya atılan raketləri Rusiya nəzarətdə saxlaya bilmədi. Moskva onların hərəkət trayektoriyasını da müəyyənləşdirməkdə çətinlik çəkdi. Rus hərbçiləri və hava hücumundan müdafiə sistemləri üçün gözlənilməz olan bu zərbələrin Qırmızı dənizdən təyyarələrlə həyata keçirilməsi idi. Amerikalılar rusların hərbi bazalarını dağıtmaqdan qaçmaqla Rusiyanı provokasiyaya çəkmək istəmirlər. Buna görə də əvvəlcədən hücumun zamanı söylənilmişdi və nəticədə hər şeyi gizlətmək mümkün olmuşdu. İstənilən halda bu zərbə simvolik xarakter daşıyırdı. Putinə izn verildi ki, öz simasını saxlaya bilsin. Digər tərəfdən, Putinə eyham vuruldu ki, Əsədi dəstəkləməkdən imtina edib, Suriyada silahlarını azaltmağa başlayacağı halda buradan rahat şəkildə getməsinə izn veriləcək. Əks halda hərbi infrastruktura endiriləcək növbəti zərbə Yuqoslaviya, Liviya və İraq variantına bənzəyəcək.

Putinin zamanı az qalıb. Ona cəmi 1 ay vaxt verilib ki, Əsədə dəstəyi dayandırsın, Rusiyanı Suriyadan çıxartmaqla bağlı danışıqlara başlasın. Məncə, Putin bu şansdan istifadə etməyəcək. O, baş verənləri şəxsi təhqir kimi qəbul edir”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriyanın hərbi obyektlərinə zərbə endirib. Hərbi obyektlərə 105 raket atılıb və onların hamısı hədəflərinə dəyib. Sonradan açıqlama yayan ABŞ Baş Qərargahının sözçüsü Kennez Makkenzi Suriyaya zərbələrdə Qırmızı dəniz, Bəsrə körfəzi və Aralıq dənizində yerləşən ABŞ-a aid esmineslər, sualtı gəmilər və B-1B bombardmançı təyyarələrinin iştirak etdiyini bildirib.

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer isə əməliyyatlarda əsasən ABŞ-ın Qırmızı dənizdəki qüvvələrinin iştirak etdiyini açıqlayıb. Felgenhauer həmçinin ABŞ-ın əvvəlcədən Aralıq dənizinə göndərilən iki gəmisinin Rusiyanın diqqətini yayındırmaq üçün istifadə edildiyini bildirib.

Tarix
2018.04.17 / 09:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla