Yuxarı

Türkiyəyə təhdid: Suriyaya yeni ordu gəlir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəyir.

Axar.az xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti bir müddət əvvəl bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general Abbas Kamala zəng etdiyini və bu planın reallaşdırılmasında Vaşinqtona yardım etməsini istədiyini yazıb.

“Bundan öncə ABŞ Prezident Administrasiyası Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, Suriyanın şimal hissəsinin bərpası üçün onlardan 1 milyard dollar istəyib. Vaşinqton yeni təşəbbüsü ilə Suriyanın təhlükəsizlik zonasında vakuumun yaranmasından qaçmağa cəhd edib”, - məlumatda bildirilir.

Qəzetə açıqlama verən Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin əməkdaşı Çarlz Lister ABŞ-ın bu planının reallaşacağına inanmadığını bildirib:

“Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə mövcudluqlarını saxlayırlar. Misir isə öz növbəsində Bəşər Əsədin idarə etmədiyi əraziləri qorumaq istəmir. Buna görə də ərəb ölkələri ABŞ-ın burada öz qoşunlarının bir hissəsini saxlamasını istəyəcək. Əks təqdirdə onlar öz ordularını Suriyaya göndərməyəcəklər”.

Qeyd edək ki, Türkiyənin terrorçuların məskunlaşdığını bildirdiyi və hədəf olaraq göstərdiyi Menbiçdə ABŞ kontingenti yerləşir.

Tarix
2018.04.17 / 10:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla