"Çeçenistanda müstəqillik arzuları hələ
itməyib".
Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçen-İçkeriya
Respublikasının Baş naziri Əhməd Zakayev çıxış edib.
O, Putinin Rusiyanı məhvə apardığını bildirib:
"Putin hərbi cinayət işləyərək mənim xalqıma qarşı Ukraynada
olduğu kimi soyqırım həyata keçirir. Bununla da o özünün şər
imperiyasının dağıdılmasına start verdi. Məhz bunu bir zamanlar ABŞ
Prezidenti Reyqan SSRİ ilə əlaqədar deyirdi. Hazırki Rusiya özünü
SSRİ-nin davamçısı adlandıraraq onun törətdiyi bütün hərbi
cinayətlərə görə məsuliyyəti öz üzərinə götürüb. Rusiya və Rusiya
imperiyasının hazırda insanlıq üçün SSRİ-dən daha təhlükəlidir. Bu
gün Putin çeçen xalqının problemi deyil. O, beynəlxalq aləm üçün
bir nömrəli problemə çevrilib. Paradoks ondadır ki, heç kimi bu
imperiyanın dağıdılmasını o və onun çekist dairəsi kimi edə
bilməzdi. Siz başa düşməlisiniz ki, Krımın işğalı başlayan andan
Rusiya imperiyasının süqutuna start verilib".
Ə.Zakayev Rusiyanın Məshədovla Yeltsinin imzaladığı sənədə
hörmət etmədiyini söyləyib:
"Putin hərbi cinayətkar olsa da, mən bir tərəfdən ona
minnətdaram ki, bu adam Rusiyanın siyasi arenasında ortaya çıxıb.
Məhz onun 2008-ci ildə Gürcüstan və indi də Ukraynadakı hərəkətləri
Çeçenistan Respublikasının müstəqilliyinin tanınmasının əsasını
qoydu. Putinin idarəçiliyi dövründə Çeçenistan hakimiyyəti
rus-çeçen münasibətlərinin düzəldilməsi üçün müxtəlif təkliflər
irəli sürüldü. Biz bunların hər birində Rusiyanı inandırmağa
çalışırdıq ki, Çeçenistanın müstəqilliyinin tanınması və onunla
diplomatik əlaqələrin qurulması Moskva üçün dəhşətli müharibədən
daha yaxşıdır. Rusiya-Çeçenistan konfliktinin həll edilməsi ilə
bağlı bizim tərəfimizdən təklif olunan plan 12 may 1997-ci ildə
Aslan Məshədov və Boris Yeltsinin imzaladığı Moskva sülh
müqaviləsində öz əksini tapıb. Bu, Rusiya və Çeçenistan
münasibətlərinin bundan sonra davam etməsi üçün baza sənədi idi.
Burada yazılmışdı ki, RF və Çeçenistan Respublikası arasında
qarşılıqlı münasibətlər beynəlxalq hüququn prinsipləri çərçivəsində
qurulacaq. Düşmən dövlətdən mehriban dostlara çevrilmək üçün
birinci addım bizim müstəqilliyimizin tanınması olmalı idi. Birinci
addımın əsasında isə Dnesteryanı, Abxaziya, Cənubi Osetiya
problemlərini həll etmək olardı. Amma bizim təkliflər rədd edildi
və Rusiya ilə bütün əlaqələr kəsildi. Bir müddət sonra isə Anna
Politkovskaya və mənim dostum Aleksandr Litvinenko öldürüldü.
Bundan sonra isə Putinin nümayəndələri ilə heç bir əlaqəmiz
olmadı".