Yuxarı

NATO-dan Rusiyaya sonuncu xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-dan Rusiyaya sonuncu xəbərdarlıq

NATO-nun Baş katibi Anders Foq Rasmussen Rusiyadan öz əsgərlərini Ukrayna sərhədindən çəkməyi tələb edib.

Axar.az xəbər verir ki, Rasmussen Rusiya qarşısında sərt tələb qoyub və bildirib ki, son 5 ildə NATO müdafiə xərclərini 20 faiz azaltsa da, Rusiya 50 faiz artırıb.

Sentyabrda vəzifə müddəti bitəcək Rasmussenin sözlərinə görə, rəsmi Kiyev separatçılarla dialoqa girməlidir:

"Rusiyanın bütün əsgərlərini Ukrayna sərhədindən çəkməsini tələb edirik. Rusiya separatçılara verdiyi silah, pul və canlı qüvvə dəstəyini dərhal dayandırmalıdır. Bundan sonra isə Kiyev hökuməti separatçılarla dialoqa başlamalıdır".

Baş katib onu da bildirib ki, hazırda Rusiya NATO-ya düşmən gözü ilə baxır: "Rusiya bizi qarşı tərəf kimi qiymətləndirir. Hadisələrin inkişafından asılı olmayaraq hazır olmalıyıq. Ola bilər ki, təşkilatın növbəti yığıncağında müttəfiq dövlətlərin təhlükəsizliyinin təmin olunması üçün yeni plan hazırlayaq".

Rasmussenin sözlərinə görə, Avropa ölkələri hərbi xərcləri artırmalıdır:

"NATO ölkələri pillə-pillə müdafiə xərclərinin artırmalıdır. Buna ehtiyac var. Hər şeyi ABŞ-a yükləmək doğru deyil. Xərclərin üçdə ikisini ABŞ qarşılayır".

Tarix
2014.08.15 / 22:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla