Yuxarı

Ukraynada növbəti silahlılar: “Sağ sektor”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada növbəti silahlılar: “Sağ sektor”

Üzərlərində "Sağ sektor"a aid üzvlük vəsiqəsi olan və silah daşıyan 5 Ukrayna vətəndaşı Xmelnitski vilayətində ələ keçib.

Axar.az xəbər verir ki, Daxili İşlər nazirinin müşaviri Anton Geraşenko Feysbuk səhifəsində bu barədə yazıb və qeyd edib ki, avtomobildə 4 ədəd qeydiyyatdan keçmiş ov tüfəngindən başqa avtomat AKS-74 (4 ədəd), qranatamyot (10 ədəd), əl qumbarası (12 ədəd) VOQ-17 və UZRPM üslubunda əldəqayırma partladıcı (2 ədəd), tapança və s. silahlar aşkarlanıb.

Saxlanılan "Sağ sektor" üzvlərinin silahları DİN-ə təhvil vermək üçün apardıqları "məlum olub":

"Xatırlayırsızsa, bir neçə gün öncə Lvov vilayətində bu təşkilatın 3 üzvündən xeyli silah-sursat tapılmışdı. İndi isə "bu silahları hara aparırsınız" sualına "milisə təhvil verməyə" cavabını alırıq, – deyə Geraşenko ironiya edib. – Görəsən, niyə Antiterror Əməliyyatının aparıldığı sərhədlərdə bu silahlar təhvil verilməyib?"

Xatırladaq ki, "Sağ sektor" rəhbəri Dmitri Yaroş Ukraynanın şərq ərazilərindən, antiterror əməliyyatları gedən bölgələrdən silahların çıxarılmasını öz üzvlərinə qadağan etmişdi.

Tarix
2014.08.17 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla