Yuxarı

“Ruslara qalib gəlmək mümkün deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ruslara qalib gəlmək mümkün deyil”

"Ən yaxşısı ruslarla döyüşə girməməkdir, çünki onlara qalib gəlmək mümkün deyil".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı keçmiş millət vəkili Oleq Çaryev Ukrayna Xarici İşlər naziri Pavel Klimkinanın Ukraynaya hərbi yardımla bağlı Avropa İttifaqı və NATO-ya müraciətinə münasibət bildirərkən söyləyib.

O, Ukrayna ərazisində döyüşən polyaklara müraciət edərək bu ərazilərdən çəkilməli olduqlarını bildirib:

"Hamıya məlumdur ki, ruslara qalib gəlmək mümkün deyil. Aİ və NATO Ukraynaya ciddi şəkildə daxil olmaqdan çəkinirlər. Çünki onun nəticəsi olmayacaq. Mən bu yaxınlarda "Donetsk Xalq Respublikası"nda düşmən tərəfindən əsir götürülən əsgərin sənədlərini gördüm. Həmin əsgər polyak idi. Ona görə də mən polyaklara müraciət edirəm. Bizim rus torpaqlarımıza soxulmaqdan əl çəkin. Nə qədər olar axı?! Siz buradan diri çıxmayacaqsınız".

Xatırladaq ki, avqustun 15-də NATO Baş katibi Anders Foq Rasmussen Rusiyanın zirehli texnikasının Ukraynaya daxil olmasını təsdiq etmişdi. Avqustun 16-da isə Ukrayna Xarici İşlər naziri Pavel Klimkin Donbasdakı separatçılarla mübarizə aparmaq üçün Avropa İttifaqı və NATO-dan hərbi yardım istəmişdi.

Tarix
2014.08.19 / 14:55
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla