Yuxarı

Kadırovun telefonu itdi, Çeçenistan ayağa qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov mobil telefonunu itirib və buna görə, minlərlə insan istintaqa çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə "Memorial" hüquq müdafiəsi mərkəzindən məlumat verilib.

Məlumata görə, avqustun 16-da Çeçenistanın Şalin rayonundakı aulların birində Şira-Yurt etnoqrafik kompleksin açılışında Kadırov da iştirak edib.

Mərasimdən əvvəl Kadırovun mühafizəsi gələn qonaqları ciddi şəkildə üstünü yoxlayıb, nəqliyyat vasitələri isə prezidentin olduğu yerdən 1 kilometr məsafədə saxlanılıb.

Tədbirdən sonra məlum olub ki, Kadırovun mobil telefonu itib.

"Bu barədə gələn qonaqlara səsgücləndiricilər vasitəsilə məlumat verilib. Daha sonra gələnlərdən Kadırovun telefonunu görüb-görmədikləri soruşulub. Bu da heç bir nəticə verməyib. Qonaqlar evlərinə getdikdən sonra mərasim təşkilatçılarının evlərinə zəng olunub və onlardan iştirakçılar haqda məlumat vermələri tələb olunub", - məlumatda bildirilib.

Yerli sakinlər isə bildiriblər ki, avqustun 17-si gecəsi isə polis və rayon administrasiya rəhbərliyi minlərlə insanı istintaqa çağıraraq, onlardan Kadırovun telefonunun yerini soruşublar. Hətta çağırılanlar arasında azyaşlılar da olub. Çağırılanların əksəriyyəti səhərə yaxın evlərinə qayıda bilib.

Tarix
2014.08.19 / 18:01
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

Bayramov omanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla