Yuxarı

Prezidentin oğlu ön cəbhəyə döyüşə getdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin oğlu ön cəbhəyə döyüşə getdi - Foto

Ukrayna prezidenti Petro Poroşenkonun böyük oğlu, 29 yaşlı Aleksey Poroşenko ölkənin cənub-şərqində - anti-terror əməliyyatı zonasında xidmət edir.

Musavat.com-un Ukrayna qaynaqlarına istinadən verdiyi xəbərə görə, Vinnitsk Vilayət Sovetinin deputatı olan Aleksey 3 aylıq oğlunu, xanımı Yuliyanı evdə qoyaraq gizli şəkildə döyüşə gedib.

Məlumatlara görə, 4 həftə öncə o hərbi xidmətə çağırış vərəqəsi alıb. "Mümkündür ki, döyüşçülər arasında o, başqa ad-soyadla tanınır", - deyə informasiyada bildirilir.

Anti-terror əməliyyatının rəhbəri Yuriy Tandit xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü sadə, pafossuz aparır. Maraqlıdır ki, prezidentin özü oğlunun hərbi xidmətdə olması barədə heç yerdə heç nə deməyib.

Qeyd edək ki, parlamentin spikeri Aleksandr Turçinovun 21 yaşlı oğlu Kirilə, müdafiə naziri Valeri Geletayın böyük oğlu Aleksandra da bildiriş gəlib. Daxili işlər naziri Arsen Avakovun 25 yaşlı oğlu Aleksandr isə "Kiyev 1" batalyonunda qulluq edir.

Tarix
2014.08.22 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla