Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


İtlərin də qısqandığını bilirdinizmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısqanan itlər zooloqları əmin ediblər ki, insanın qısqanmaq duyğusu öz başlanğıcını heyvanlar aləmindən götürür.

Belə hesab edirlər ki, qısqanclıq yalnız insana xas xüsusiyyətdir. Bu hiss olduqca mürəkkəb psixi təfəkkür və nəticə çıxarmaq qabiliyyəti tələb edir. Məsələn, qısqanan şəxs potensial rəqibdən gələ biləcək təhlükəni qiymətləndirməlidir. Qeyd etmək lazımdır ki, qısqanclıq mövzusu məhz romantik əlaqələrdən qırmızı xətlə keçir.

Ancaq digər tərəfdən aydındır ki, qısqanclıq seksual-sevgi münasibətləri ilə məhdudlaşmır. Dostu, qardaşı və ya bacını, həmkarını da qısqanmaq olar. Yəni qısqanclığı istənilən sosial əlaqəni gözləyə biləcək təhlükəyə cavab olaraq yaranan bir hiss kimi dəyərləndirmək olar. Belə olan halda nədən heyvanlar da qısqanmasın?

Ümumiyyətlə desək, "heyvani" qısqanclığın mövcud olması haqqında fikir o qədər də yeni deyil. Hələ Darvin ehtimal edirdi ki, itlər qısqana bilər. Ondan sonra çoxları, ümumiyyətlə, bu hissin heyvanlara da xas olmasından yazırdılar. Bəli, it saxlayan bir çox insanlar sevimli ev heyvanlarında qısqanclıq hissini müşahidə etdiklərini deyirlər. Ancaq ehtimal və təsadüfi müşahidələr başqa şeydir, məqsədyönlü tədqiqat başqa…

Axar.az xəbər verir ki, San-Dieqodakı Kaliforniya Universitetinin əməkdaşları Kristin Harris (Christine Harris) və Kerolayn Provost (Caroline Prouvost) uşaqlar üçün işlənmiş layihəni itlər üzərində də keçiriblər. Məlumdur ki, altı ayına çatmış uşaqlar artıq analarını başqa uşaqlara qısqanırlar. Eksperiment zamanı analar gerçək körpəyə bənzər gəlinciklərə nəvaziş göstərirdilər. Buna bənzər eksperimenti itlərlə də aparıblar.

Sahibləri onlara qətiyyən əhəmiyyət verməməli, başqa əşyalarla məşğul olmalı idilər. Bir halda adam quyruğunu tərpədən, hürən oyuncaq itlə oynmalı, bir başqası kitab oxumalı və s. idi. Eksperiment üçün 36 kiçik it götürmüşdülər, əgər heyvanlar böyük olsaydılar hislərini kəskin ifadə etdikləri zaman qarşılarını almaq çətin olardı.

Başqa əşyaların eksperimentə daxil edilməsi təsadüfi olmayıb. Bütün hallarda itlər yalnız rəqib kimi gördükləri oyuncaq itə qarşı kəskin reaksiya veriblər. Buradan belə bir nəticə çıxarmaq olar ki, qısqanmaq üçün heç də insan beyni gərək deyil. Başqa sözlə desək, qısqanclıq ayrı-ayrı canlılara xas qədim duyğudur. Hətta onu da demək olar ki, qısqanclıq öz mənbəyini psixikadan deyil, biologiyadan götürür.

Tarix
2014.08.23 / 00:42
Müəllif
Təhminə C.B.
Şərhlər
Загрузка...
Digər xəbərlər

Trampı bu ölkədə 10 min polis qoruyacaq

Türkiyədə seçki bitdi: Hər kəs nəticəni gözləyir

ATƏT-dən Türkiyədəki seçkilərlə bağlı – Açıqlama

İsrail ordusu “Patriot”ları işə saldı – Sərhəddə gərginlik

Afrindəki türk əsgərləri də səs verdi

Tariximizin ən kritik seçkiləri keçirilir - Çavuşoğlu

Türkiyə seçkilərində bir ilk – Foto

Türkiyədə seçkilərə müdaxilə: 10 əcnəbi...

Yıldırım jurnalistlə zarafatlaşdı: Kürsü əlimizdə qaldı

Türkiyə inqilab gerçəkləşdirir - Ərdoğan

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla