Yuxarı

NATO: "Rusiya Ukraynaya tanklar və artilleriya yeridib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO: "Rusiya Ukraynaya tanklar və artilleriya yeridib”

"Son günlərdə Rusiya hərbçiləri artilleriya birləşmələrini Ukraynaya yeridiblər. Artıq həmin qüvvələrdən Ukrayna ordusuna qarşı döyüşlərdə istifadə olunub", NATO rəsmilərindən biri qəzetə belə deyib.

Qərb artıq xeyli müddətdir ki, Rusiyanın gizli şəkildə şərqi Ukrayna separatçılarını silahlandırmaqda ittiham edir. Ancaq indi isə NATO bildirir ki, onların əlində Rusiyanın Ukraynaya hərbi müdaxiləsini sübut edəcək dəlilər var.

Qəzet qeyd edir ki, Rusiya humanitar yardım adı altında bu kimi işlərlə məşğul olur və həmin "yardım" Ukraynanın icazəsi olmadan sərhəddən keçib.

NATO-nun mətbuat katibi, xanım Oana Lungesu deyib ki, Rusiya hərbi güclərinin, o cümlədən havadan müdafiə sisteminin və hava qüvvələrinin , xüsusi təyinatlılarının şərqi Ukraynada fəaliyyəti barədə çoxsaylı mənbələrdən xəbərlər daxil olub.

"Hazırda Rusiya artilleriya birləşmələri Ukrayna ordusuna qarşı döyüşlərdə geniş istifadə olunur", mətbuat katibi deyib.

NATO-nun baş katibi Anders Foq Rasmussen də Rusiyanı bu kimi hərəkətlərinə görə tənqid edib: ""Mən "humanitar yardım" adı altında Rusiyadan Ukraynaya aparmış yardıma etiraz edirəm. Rusiyanın göndərdiyi maşınlar nə Ukrayna tərəfinin, nə də Qırmızı Xaçın yoxlamasından keçməyib".

NATO katibi Rusiyanın Ukraynaya tanklar və artilleriya birləşmələri yeritməsini də fakt kimi qeyd edib.

Musavat.com

Tarix
2014.08.23 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla