Yuxarı

“II Soyuq müharibə: Qərb təhlükəli oyunda Putinə uduzur”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“II Soyuq müharibə: Qərb təhlükəli oyunda Putinə uduzur”

"Time" Putinin şəklini Qərbin məğlubiyyəti haqqındakı başlıqla üz qabığında yerləşdirdib.

Axar.az xəbər verir ki, Amerikanın "Time" jurnalı növbəti nömrəsinin üz qabığında Rusiya prezidenti Vladimir Putinin şəklini yerləşdirib.

Prezident qırmızı fonda "II Soyuq müharibə: Qərb təhlükəli oyunda Putinə uduzur" başlığı altında təsvir edilib. Bu gün jurnalın saytında "Rusiyada cəzasız cinayət" məqaləsi yer alıb.

Məqalənin müəllifi Saymon Şuster Qərb ölkələrini hətta Boinq 777 insidentindən sonra da təcavüzkar Rusiyaya qarşı yumşaq münasibətlərinə görə tənqid edir. O, qeyd edir ki, AB-yə daxil olan heç bir ölkə Kreml ilə sərt davranmayıb, Hollandiyanın Baş naziri Mark Rütte isə hələ bir aviaqəzanın araşdırılmasında və həlak olmuş hollandların cəsədlərinin daşınmasında Putindən kömək də istəyib.

Müəllifin fikrincə, bütün bunlar Rusiya prezidentini bir daha əmin edir ki, o, hələ son həddə çatmayıb və Ukraynada bundan sonra da irəliləyə və Avropada ağlına gələn hərəkəti edə bilər.

Tarix
2014.08.24 / 16:53
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla