Yuxarı

Rus polkovnikdən etiraf: İki azərbaycanlını öldürmüşəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada Daxili İşlər Nazirliyinin istefada olan polkovniki iki azərbaycanlını qətlə yetirməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik xidmətinin apardığı araşdırma nəticəsində məlum olub ki, ötən il oktyabrın 16-da saxlanılmış keçmiş polis məmuru Aleksey Jdanov 2 azərbaycanlını qətlə yetirib.

O, avtomobili idarə edən zaman “İnfiniti” markalı maşının sürücüsü olan 38 yaşlı azərbaycanlı ilə mübahisə edib. Sonra maşını onun arxası ilə sürərək Novoslobodskaya küçəsində tapançadan atəş açaraq onu öldürüb.

Qatilin etirafına görə, azərbaycanlını onun maşınına yol vermədiyi üçün öldürüb.

Jdanov özünün “Jiquli” markalı maşınını yandıraraq izi itirmək istəsə də, buna nail ola bilməyib. Həmin gün polis onu həbs edib.

İstintaq zamanı Aleksey Jdanovun başqa şəxsi də öldürdüyü və onun da azərbaycanlı olduğu müəyyən edilib. Cəsəd isə 2017-ci il sentyabrın 8-də Desnovskoye qəsəbəsi yaxınlığındakı meşədə tapılıb. Tibbi ekspertiza onun bədənində bıçaq zərbələri və odlu silahdan açılan atəşin izini müəyyən edib.

Sonradan məlum olub ki, öldürüən azərbaycanlı Səyyad Hüseynzadədir. O, taksi sürücüsü işləyirmiş.

Polis hazırda cinayətin başvermə şəraitini və səbəblərini aydınlaşdırır.

Tarix
2018.05.17 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla