Yuxarı

Yəhudi nazirdən şok: Etiraz Qüdsə görə deyildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə Qəzza zolağında onlarla fələstinlinin ölümünə səbəb olan etiraz aksiyaları arasında heç bir əlaqə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Qüds İşləri üzrə naziri Zeev Elkin deyib.

“İsraillə sərhəddə iğtişaşlar bir aydan artıqdır davam edir. İğtişaşlar Qəzza sektorundakı problemli vəziyyətə görə başladılıb. Fələstin lideri Mahmud Abbasın Qəzza zolağına köçürdüyü maliyyə azaldıqda HƏMAS özünü təcrid olunmuş hiss etdi. Bu andan etibarən də iğtişaşlar başladı”, - nazir bildirib.

O əlavə edib ki, ABŞ-ın diplomatik missiyasının Qüdsə köçürülməsi münaqişənin səbəbi deyil, yalnız intensivləşdirilməsi üçün əlavə bəhanə olub. HƏMAS-ı isə ABŞ-ın fəaliyyətləri deyil, istənilən vasitədən istifadə edərək İsraildəki sabitliyi pozmaq maraqlandırır.

“HƏMAS-ın sözçüsü ötən gün ölənlərin 40-nın təşkilatın aktivistləri olduğunu söylədi. Bu, hər şeyin necə səhnələşdirildiyini və HƏMAS rəhbərliyinin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və izolyasiyasını yarmaq üçün bundan necə istifadə etdiyini göstərir”, - Elkin əlavə edib.

Xatırladaq ki, Qəzza zolağında baş verən qanlı hadisələr zamanı 61 fələstinli öldürülüb, 2700 nəfər isə yaralanıb.

Tarix
2018.05.18 / 11:12
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla