Yuxarı

Putin 13 naziri işdən çıxartdı - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:31

Rusiya Prezidenti Vladimir Putini yeni hökumətin tərkibini təsdiq edib.

Axar.az xəbər verir ki, Putin bu barədə qərarı Baş nazir Dmitri Medvedyevlə görüşdən sonra qəbul edib. Yeni hökumətin tərkibində əksər vəzifələrin rəhbərləri dəyişməz qalıb. Bir müddət əvvəl gedəcəyi proqnozlaşdırılan Xarici İşlər naziri Sergey Lavrov da yeni hökumətin tərkibində əvvəlki vəzifəsində yer alıb.

Yeni hökumətin tərkibində əvvəlki tərkibdə olan 13 nəfər yer almayıb. Vəzifəsini dəyişənlər sırasında Baş nazirin müavini Arkadiy Dvorkoviç, Dmitri Roqozin, İqor Şuvalov və digərləri yer alıb.

***

Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi yeni kabinetin tərkibində bu nazirlərə vəzifə verilməyib:

1. Aleksandr Tkaçev – Kənd Təsərüffatı nazir;

2. Mixail Men – Tikiti naziri;

3. Nikolay Nikiforov – Rabitə naziri;

4. Vladimir Puçkov – Fövqəladə Hallar naziri;

5. Aleksandr Xloponin – Baş nazirin müavini;

6. Sergey Donskoy - Təbii Sərvətlər naziri;

7. Maksim Sokolov – Nəqliyyat naziri;

8. Aleksandr Qaluşka – Uzaq Şərqin İnkişafı naziri;

9. Lev Kuznetsov – Şimali Qafqazın İnkişafı naziri;

10. Dmitri Roqozin – Baş nazirin müavini;

11. İqor Şuvalov – Baş nazirin müavini;

12. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

13. Mixail Abızov – Açıq Cəmiyyət Məsələləri üzrə nazir.

Tarix
2018.05.18 / 15:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla