Yuxarı

AST Telman prezidentlə mübarizəyə başladı - Özəl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AST Telman prezidentlə mübarizəyə başladı - Özəl

Azərbaycanlı milyarder Telman İsmayılov Ukraynanın Odessa şəhərində böyük bir bazar alır.

Axar.az-ın yerli telekanallara istinadən verdiyi məlumata görə, "7-ci kilometr" adlanan bu bazarın alğı-satqısı artıq başa çatmaq üzrədir.

Adıgedən bazar Kiprin offşor zonasında qeydiyyatdan keçmiş "Kittep Limited" şirkətinə məxsusdur. Amma ukraynalı jurnalistlərin araşdırmasından sonra məlum olub ki, "Kittep Limited" şirkətinin gerçək sahibi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsidir. Offşor zonada qeydiyyatdan keçmiş bu şirkətə məxsus onlarla obyekt isə indi satışa çıxarılıb.

"7-ci kilometr"ə görə Telman İsmayılovun 600 milyon dollarından keçməyə hazır olduğu deyilir. Ukraynanın ən böyük əşya bazarı sayılan "7-ci kilometr"in təkcə tutduğu sahə 210 hektardır.

İndi proses alğı-satqı mərhələsindədir. Bazarın gerçək sahibi Yanukoviçlər isə qanuni mülklərinin satışa çıxarılmasına qarşı beynəlxalq məhkəməyə müraciət hazırlayırlar.

Tarix
2014.08.27 / 10:47
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla