Yuxarı

Rusiya Ukraynanın 7 qəsəbəsini işğal etdi – Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynanın 7 qəsəbəsini işğal etdi – Son dəqiqə

Ukraynanın şərqində separatçılarla birləşən Rusiya silahlı qüvvələri Novoazovsk ətrafında 7 qəsəbəni işğal edib.

Axar.az xəbər verir ki, Ukrayna Milli Müdafiə Şurasından verilən məlumata görə, Donetskin cənubunda 7 qəsəbəni nəzarətə götürən birləşmiş qüvvələr irəliləməkdə davam edir. Rusiya ərazisindən ağır artilleriya ilə atəşin davam etdiyini bildirən rəsmilər Rusiya silahlı qüvvələrinə məxsus pilotsuz təyyarələrlə də ərazinin bombardman etdiyini qeyd edib.

Ukrayna Təhlükəsizlik Şurasının mətbuat katibi Andrey Lysenko son 24 saat ərzində separatçılarla ordu qüvvələri arasında 14 şəhərdə 34 qarşıdurma yaşandığını, qarşıdurmalarda 13 Ukrayna əsgərinin öldüyünü bildirib. Lysenko Rusiya Federasiyasına aid silahlı qüvvələrin 3 desant vertolyotunun Kerson bölgəsindən Ukrayna hava ərazisinə girdiyini vurğulayıb.

Hava sahəsini pozan 3 vertolyotun Krım Muxtar Respublikası ərazisindən Ukraynanın 500 metr daxilinə qədər girdiyini, sərhəd xətti boyunca kəşfiyyat uçuşu həyata keçirdikdən sonra geri döndüyünü bildirib.

Tarix
2014.08.28 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla