Yuxarı

Ukrayna Putini qətlə yetirmək istəyəni qaytarmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Putini qətlə yetirmək istəyəni qaytarmadı

Ukrayna Putinə sui-qəsd hazırlamaqda ittiham olunan şəxsi təhvil verməkdən imtina edib.

Axar.az "İnterfaks"a istinadən bildirir ki, Ukrayna Baş prokurorluğu Rusiya prezidenti Vladimir Putinə sui-qəsddə ittiham olunan Adam Osmayevin təhvil verilməsi haqqında əvvəlki qərarı ləğv edib. Osmayevin vəkili Olqa Çertok Baş Prokurorluğun hələ 15 avqustda müvafiq qərar qəbul etdiyini deyib.

Xatırladaq ki, 2012-ci ildə Rusiya və Ukraynanın xüsusi xidmət orqanlarının keçirdikləri birgə əməliyyat nəticəsində üç nəfərlik qrup saxlanılıb. Onlardan ikisi Çeçenistandan (Adam Osmayev və Ruslan Madayev), biri isə Kazaxıstandan (İlya Pyanzin) olub. İstintaqın gedişində saxlanılanlar göstəriblər ki, Çeçen rəhbəri Ramzan Kadırova qarşı iki hücum, Vladimir Putina qarşı isə sui-qəsd hazırlayıblar.

Ukraynanın təhlükəszlik xidməti orqanları Osmayev və Pyanzini terror təşkilatı yaratmaqda və terakt hazırlamaqda günahkar bilib. Rusiya baş prokurorluğu isə onların təhvil verilməsi haqqında Ukraynaya tələb göndərib. 2012-ci ilib avqustunda İlya Pyanzin Rusiyaya ekstradisiya olunub. 2013-cü ilin sentyabrında Moskva dövlət məhkəməsi onu 10 illik azadlıqdan məhrum edib.

Lakin Osmeyevin Rusiya hüquq mühafizə orqanlarına təhvil verilməsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə işin Ukrayna məhkəməsində araşdırılmasınadək dayandırılıb. 24 mart 2014-cü ildə müttəhimin vətəndaş nikahında yaşadığı arvadı Əminə Okuyeva Ukraynanın yeni hökumətindən Osmayevə bəraət verilməsini tələb edib. Onun fikrincə, hazırkı şəraitdə "hökumət onu dövlət mükafatına layiq görməli və azad buraxmalıdır".

2014-cü ilin mayında Ali Radanın deputatları Ukrayna Baş prokuroru Oleq Maxnitskiyə müraciət edərək istintaqın nəticələrinə yenidən baxmağı xahiş ediblər.

Tarix
2014.08.28 / 10:02
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Türkiyə MMN: Qəzanın səbəbi bundan sonra bilinəcək

Qəzaya uğrayan Türkiyə təyyarəsinin özəllikləri nələrdir?

Nazir Türkiyə təyyarəsinin qəzaya uğradığı yerdə - Foto

Qəzaya uğrayan C-130 Azərbaycan əsgərləri üçün qayıdacaqmış

“Akıncı” PUA-sı hadisə yerinə göndərildi

Təyyarənin quyruğu niyə qopub? - Video

Azərbaycan Pakistana başsağlığı verdi

Fidan qəzadan danışdı: Yaxından izləyirik!

Şahbaz Şərif də Ərdoğana başsağlığı verdi

RTÜK-dən Türkiyə təyyarəsinin qəzası ilə bağlı xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla