Yuxarı

Putin Poroşenkonu saymadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Poroşenkonu saymadı

Ukrayna, Belorusiya, Qazaxıstan prezidentləri və AB nümayəndələrinin iştirakı ilə keçən Minsk görüşündə Rusiya prezidenti Vladimir Putin siyasətdən deyil, iqtisadi məsələlər haqqında danışmağa daha çox üstünlük verib.

Axar.az rus mediasına əsasən bildirir ki, Ukrayna prezidenti Poroşenkonun sülh planının müzakirə etmək çağırışları açıq-aşkar cavabsız qalıb. Ekspertin fikrincə, Putin nümayişkaranə şəkildə bildirir ki, müharibə və sülh məsələlərini müzakirə etmək üçün Poroşenkonu eynihüquqlu partnyor hesab etmir, bu, Moskva və Vaşinqton danışıqlarının mövzusudur.

O da vurğulanır ki, Minskə ilk gələn Poroşenko olub. O, ümumi görüşdən əvvəl AB-nin xarici siyasət üzrə komissarı Ketrin Eşton, Belorusiya Prezidenti Aleksandr Lukoşenko və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə təkbətək görüşlər keçirib. Putin isə Minskə gələn ən son iştirakçı olub.

Xatırladaq ki, rus mediasının bu xəbəri daha çox cavab təsiri bağışlayır. Bundan öncə Poroşenkonun Putinlə görüşdə aldığı ovqat Ukrayna mediası vasitəsilə bütün dünyada yayılmışdı. Videoda Poroşenkonun Putini düşmən kimi qəbul etdiyi görüntülənirdi.

Tarix
2014.08.28 / 11:36
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla