Yuxarı

Makareviç: “SSRİ də silahlanırdı, nə oldu?”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus musiqiçisi, "Zaman maşını" qrupunun solisti Andrey Makareviç Rusiyanın fəaliyyətini növbəti dəfə tənqid edib.

Axar.az xəbər verir ki, müğənni "Snob" saytındakı blokunda RF-in ölkədə mədəniyyəti və tibbi inkişaf etdirmək əvəzinə rusiyalıların pulları hesabına külli miqdarda silah-sursat almasından yazıb:

"Ölkəmiz yenə ağlasığmaz şəkildə silahlanır. Yenə də bizim milyonlarımız, milyardlarımız elm və təhsilə, mədəniyyət və təbabətə, binaların və yolların tikintisinə deyil, tanklara və raketlərə xərclənir".

Makareviç qeyd edib ki, rusiyalılar bu günləri yaşayıb: "Sovet İttifaqı da silahlanmaqda Amerikanı ötüb keçmək istəyirdi. Bəs nə oldu? Neftin qiyməti düşən kimi şar partladı. Onda bu qədər oğurluq yox idi, ölkə də indikindən varlı idi, amma partladı. Kimsə mənə izah edə bilərmi ki, niyə indi başqa cür olacağını fikirləşirlər? Niyə biz bu qədər tez-tez eyni cür qarətə məruz qalırıq?"

Xatırladaq ki, A.Makareviç bu günlərdə Rusiyanın Ukrayna siyasətini tənqid etdiyi üçün deputatlar və KİV tərəfindən açıq ittihamlara məruz qalmışdı.

Tarix
2014.08.30 / 09:42
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla