Yuxarı

Keçmiş baş nazir qayıtdı: seçkilərin nəticəsi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş baş nazir qayıtdı: seçkilərin nəticəsi açıqlandı

Bu gün Sloveniyada keçirilən parlament seçkilərində sağ-mərkəzçi düşərgənin əsas təmsilçisi, ölkənin sabiq baş naziri Yaneş Yanşanın rəhbərlik etdiyi Sloveniya Demokratik Partiyası (SDS) qalib gəlib.

Axar.az xəbər verir ki, “ekzit-poll”un nəticələrinə görə, seçicilərin 24,4 faizi SDS-ə səs verib. Bununla da sözügedən partiya parlamentdəki 90 yerdən 25-ni əldə edə bilər.

Seçkilərə ilk dəfə qatılan “Maryan Şaretsin siyahısı” partiyası isə 12,6 faiz səslə ikinci yerdə qərarlaşıb. Ölkənin hazırki Baş naziri Miro Tserarın rəhbəri olduğu Sosial-Demokratlar Partiyası (SD) 9,3-9,9 faiz aralığında səs toplayaraq üçüncü yerlə kifayətlənməli olub.

Qeyd edək ki, seçki öncəsi keçirilən sorğularda Yaneş Yanşanın qələbə qazanacağı proqnozlaşdırılsa da, 2004-2008 və 2012-2013-cü illərdə hökumətə rəhbərlik etmiş sabiq baş nazirin koalisiya qurmaq üçün siyasi tərəfdaş tapmaqda işi o qədər də asan olmayacaq.

Seçkilərin yekun nəticələri yaxın günlərdə elan olunacaq.

Tarix
2018.06.04 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla