Yuxarı

Tiflisdə metro iflic oldu: kütləvi tətil başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə metro iflic oldu: kütləvi tətil başladı

Tiflis metropoliteninin maşinistləri kütləvi tətilə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik” agentliyi yayıb. Agentlik maşinistlərin hökumətdən əmək haqlarının artırılmasını istədiklərini bildirib. Tətili maşinistlərin həmkarlar ittifaqı olan “Ertoba 2013” təşkil edib. Maşinistlər tələbləri yerinə yetirilməyənə qədər etiraz edəcəklərini açıqlayıblar.

Etiraz aksiyası artıq metropolitenin fəaliyyətini iflic edib. Tiflis meri Kaxa Kaladze isə maşinistlərin etirazını kəskin tənqid edən bəyanat yayıb. O, bu etirazları Gürcüstan xalqına qarşı şantaj adlandırıb.

Kaladze maşinistlərin tətili zamanı əhalinin avtobuslardan pulsuz istifadə edə biləcəklərini deyib.

Qeyd edək ki, Tiflis Metropoliteninin maşinistlərinin sayı 240 nəfərdir. Onların hazırda hər saatı üçün əmək haqqı 7 laridir (2,8 dollar). Maşinistlər əmək haqlarının 10 lariyə qədər (4 dollar) artırılmasını istəyirlər.

Tarix
2018.06.04 / 10:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla