Yuxarı

Rusiya və Kanada yenə toqquşdu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Kanada yenə toqquşdu - Foto

Ukrayna hadisələrinin başladığı ilk gündən Kanada ilə Rusiya arasında baş verən siyasi qalmaqallar sırasına daha biri əlavə olunub.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasında növbəti gərginlik NATO müstəvisində baş verib.

Rusiyanın qurumdakı daimi nümayəndəliyi kanadalı həmkarlarının bir neçə gün öncə öz Tvitter səhifələrində Krım yarımadasının Ukraynaya məxsus olmasını əks etdirən xəritəni yerləşdirmələrinə eyni üslubda cavab veriblər.

Rusiyalı diplomatlar sosial şəbəkədə yerləşdirdikləri xəritənin altında saxladıqları şərhdə "İnanırıq ki, bu, kanadalı həmkarlarımızın yeni coğrafiya haqqında bilgilərini daha da artıracaq", - kimi ifadələr işlədiblər.

Ruslar sözügedən xəritədə Abxaziya və Cənubi Ostetiyanı da Rusiyanın ərazisi kimi göstəriblər.

Xatırladaq ki, tərəflər arasında gərginliyə səbəb rusiyalı xüsusi təyinatlıların avqustun 26-da Ukrayna ərazisində görünmələridir. Moskva təkidlə hərbçilərinin təsadüf nəticəsində həmin məkana keçdiyini bəyan etmişdi. Məhz bu olay Kanada diplomatlarını Rusiyanın ərazisinin dəqiq haradan keçməsi barədə xəritəni açıqlamağa vadar edib.

Tarix
2014.08.30 / 16:08
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla