Yuxarı

AB Rusiyaya görə parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Rusiyaya görə parçalanır

Avropa Birliyinin (AB) Ukrayna böhranı səbəbi ilə Rusiyaya qarşı əlavə sanksiya üçün işə başlaması birlik daxilində fikir ayrılığına səbəb olub.

Axar.az xəbər verir ki, Macarıstan, Kipr Respublikası və Slovakiya əlavə sanksiyalara qarşı olduqlarını açıqlayıb.

Rusiyanın AB nümayəndəsi Vladimir Çijov adları sadalanan ölkələrin sanksiyalara qarşı olduğunu, yeni sanksiyaların da əvvəl olduğu kimi heç bir nəticə verməyəcəyini bildirib:

"Qərar qəbul olundu. Ancaq AB ölkələri arasında birlik yoxdur. İlk sanksiyalarda da belə idi. Macarıstan, Kipr Respublikası və Slovakiya əlavə sanksiyalara qarşı olduqlarını açıqlayıb. Avropa bu qərarla heç nəyə nail ola bilməyəcək".

Xatırladaq ki, AB liderləri bazar günü təşkil olunan toplantıda bir həftə ərzində əlavə sanksiyaların hazırlanması qərarını verib.

Sentyabrın 4-5-də Uelsdə keçiriləcək NATO zirvəsindən sonra AB-nin əlavə sanksiyalar barədə qərar verəcəyi bildirilib.

AB-nin yeni sanksiyalarının maliyyə yatırımları, neft və təbii qaz texnologiyaları və hərbi-texniki sahədə əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

Tarix
2014.09.01 / 12:24
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla