Yuxarı

İsrail 400 hektar ərazini işğal etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail 400 hektar ərazini işğal etdi

​İudeya və Samarinin vətəndaş administrasiyası (İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdə fəaliyyət göstərən rəhbər orqan) İsrailin İordan çayının qərb sahillərində təxminən 400 hektar ərazini mənimsədiyini elan edib.

Axar.az "Röyter"ə istinadən bildirir ki, zəbt olunan ərazi yəhudilərin məskunlaşdığı Esiona aiddir. İsrailin bu addımının səbəbləri açıqlanmır.

ABŞ bu təşəbbüsə neqativ münasibət göstərib. "Biz İsrail hökumətini öz qərarını dəyişməyə çağırırıq. İsrailin bu hərəkəti fələstinlilərlə münasibətlərin nizamlanmasına mane olur", - deyə Amerika Dövlət Departamentinin diplomatı bildirib.

Fələstin dövlətinin ərazisində israillilər üçün yaşayış məskənlərinin tikilməsinə qarşı çıxan "Peace Now" təşkilatından bildiriblər ki, bu 1980-ci ildən bəri Qərb sahillərində İsrailin ən böyük işğalıdır.

Fələstin lideri Mahmud Abbasın mətbuat katibi Nabil Abu Rdainah İsraili torpaqları mənimsəməkdən çəkinməyə çağırıb: "Bu qərar sabitliyin daha da pozulmasına səbəb olacaq. O, Qəzzadakı müharibədən sonra ziddiyyətləri ancaq kəskinləşdirəcək".

Xatrladaq ki, İsrailin İnşaat Nazirliyi iyunun əvvəllərində Fələstin ərazilərindəki yəhudi yaşayış məskənlərində 1500 yeni evin tikilməsi üçün tender elan etmişdi. Evlərin 400-nün Şərqi Yerusəlimdə, yerdə qalanının isə İordan çayının qərb sahillərində tikilməsi planlaşdırılır.

Tarix
2014.09.01 / 15:56
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla