Yuxarı

Merdən sonra azərbaycanlı deputata da cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:38

Gürcüstan Vahid Milli Hərəkat Partiyasından olan deputat Azər Süleymanova qarşı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” agentliyi yayıb.

Gürcüstan Baş Prokurorluğu Azər Süleymanovu Marneuli sakininə qarşı zorakılıqda ittiham edib.

Agentlik məsələ ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, iyunun 11-də Tiflisdə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs Feysbuk üzərindən canlı yayım edərək T.Abazov və Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Görüntülərdə T.Abazovun da olduğu iddia edilir.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində görüntülərdən xəbəri olmadığını bildirib.

E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

***

Günün aktual xəbərlərindən ibarət icmal:

Tarix
2018.06.13 / 14:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla