Yuxarı

Azərbaycanlıların qatili olan general niyə tutuldu? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:44

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları erməni deputat Manvel Qriqoryanı saxlayıblar.

Axar.az xəbər verir ki, Qriqoryan Eçmiədzin şəhərində saxlanılıb. Qriqoryanla bərabər Eçmiədzində kriminal avtoritet Artur Asatryan (Don Pipo) da saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Asatryan və Qriqoryanın Eçmiədzindəki iqamətgahlarında yoxlamalar aparılıb. Yoxlamalara səbəb Don Pipo və Qriqoryan arasında son günlər münasibətlərin gərginləşməsidir. Belə ki, Manvel Qriqoryanın oğlunu Eçmiədzinin meri vəzifəsindən istefaya göndərməkdən ötrü Asatryan şəhərdə çoxlu sayda aksiyalar təşkil edib. Bu isə Baş nazir Nikol Paşinyanın kəskin tənqidinə səbəb olub.

Manvel Qriqoryan artıq iqamətgahından bəzi yüklərini daşıtdırıb. Bu yüklərin yeşiklərdən ibarət olduğu bildirilib. İddialara görə, yükləri Qriqoryanın oğlu olan mer Karen Qriqoryan Azərbaycanın işğal altında olan rayonu Xocavənddəki evinə göndərib. Erməni mətbuatı bu yeşiklərin içərisində müxtəlif sənədlərin olduğunu bildirib.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Ən maraqlı məqam isə odur ki, məhz Qriqoyan Respublika Partiyası sıralarında olmasına rəğmən, Serj Sərkisyana xəyanət edərək, Paşinyanın tərəfinə keçən ilk şəxslərdəndir.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni general və deputat Manvel Qriqoryanın həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Qriqoryanın evində axtarış zamanı külli miqdarda qeyri-qanuni silah-sursatın aşkarlandığı bildirilib. Nəticədə o, qeyri-qanuni silah dövriyyəsində ittiham olunub.

Erməni qanuni oğru Artur Asatryan isə Qriqoryana qarşı sui-qəsd hazırlamaqda günahlandırılıb. Ona qarşı insan oğurluğu və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açılıb. Asatryanla bərabər 4 Rusiya vətəndaşı da həbs edilib.

Tarix
2018.06.16 / 22:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla