Yuxarı

AB Türkiyəyə vədini yerinə yetirsəydi... – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətlərarası razılaşma ilə partiyalar arasında razılaşma eyni deyil.

Bu sözləri Axar.az-a politoloq Əhəd Məmmədli Almaniyanın “Bild” qəzetinin miqrant axınına görə partiyalar arasında yaranmış gərginliyin AB və Türkiyənin 2016-cı ildə imzaladığı razılaşmaya bənzər bir anlaşma ilə çözüləcəyi iddiasını şərh edərkən deyib. O bildirib ki, miqrantlarla bağlı bütün mövzular həssas yanaşma tələb edir:

“Merkel müttəfiqlərini miqrantlarla bağlı siyasətinə dəstək olmağa çağırış edə, onları bu siyasətin ən uğurlu yol olmasına inandıra bilər. O, bunu bacarsa, partiyaların bu barədə konsensusa gəlmək ehtimalı yaranar. Digər tərəfdən, Türkiyə və AB arasında miqrantlarla bağlı məlum razılaşma həyata keçmədi. Avropa Türkiyə qarşısında miqrantlarla bağlı öhdəliklərini yerinə yetirmədi. Dövlətlərin belə miqrantlarla bağlı məsələdə razılaşması alınmır. Partiyalar arasında belə razılığın alınması mümkün deyil”.

Politoloq qeyd edib ki, miqrasiya mövzusu hazırda Avropa üçün ən həssas məsələdir:

“Xüsusən də aşırı millətçiliyin artdığı vaxtda bu mövzu Avropada ciddi qarşıdurma yaradır. Vaxtında AB Türkiyə qarşısında miqrasiya ilə bağlı öhdəliklərini yerinə yetirsəydi, indi belə çətin vəziyyətə düşməzdilər. Hələ də gec deyil. Türkiyə ilə əməkdaşlıq etsələr, miqrant problemi Avropada öz həllini tapa bilər. Bu, partiyalar arasında bu mövzu ətrafında anlaşmanı da asanlaşdırar”.

Qeyd edək ki, Almaniyanın “Bild” qəzeti miqrant axınına görə partiyalar arasında yaranmış gərginliyin AB və Türkiyənin 2016-cı ildə imzaladığı razılaşmaya bənzər bir anlaşma ilə çözüləcəyini iddia edib.

Tarix
2018.06.17 / 19:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla