Yuxarı

Son elmi nailiyyət: Qalaktikamız daha böyükdür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçində yaşamağımıza baxmayaraq, "Saman yolu” qalaktikasının hüdudlarını müəyyən etmək çox çətindir. Lakin yeni elmi araşdırmalar qalaktikamızın daha böyük olduğunu müəyyən etdi. Hazırda istifadə edilən modellərdən əlavə yeni formalardan da istifadə nəticəsində qalaktikamızın hüdudlarının 100 000 işıq ili deyil, 200 000 işıq ili olduğu ortaya çıxdı. Astronomlara məlumdur ki, qalaktikamız spiralvari formadadır, bundan başqa mərkəz disk və kənarlarda seyrək şəkildə paylanmış ulduz buludundan ibarətdir ki, bu da "halo” adlanır.

Moderator xəbər verir ki, Qalaktikanın böyüklüyü diskdəki ulduzların hüdudu ilə müəyyən edilir. Qalaktikanın hüdudu isə diskdəki ulduz sayının yox olduğu yerdən götürülür. Bu əsasla diskdəki ulduzların tapılması qalaktikanın sərhədlərinin müəyyən edilməsində bir açar rolunu oynayır. Şübhəsiz ki, disk ulduzlarının "halo” ulduzlarından daha cavan olmasına çox üstünlük verilir. Ulduzlar zaman keçdikcə elementlər hazırladıqları üçün disk ulduzlarının strukturu "halo” ulduzlarından fərqli ola bilər və beləcə astronomlar ulduzları müxtəlif qruplara ayırırlar.

Spektroskopiya kimi tanınan bir proses ilə elmi nailiyyətlərin müəyyən edilməsi

Spektroskopiya kimi tanınan bir proses ilə astronomlar 4.600-dən çox ulduzun kimyəvi tərkibini öyrənmiş və ulduzların hansının diskə və hansının "halo” ulduzları qrupuna aid olmasını müəyyən etmişdilər. Nəticədə "Astronomiya və Astrofizika" jurnalında çıxan nəticələrdən müəyyən edilmişdir ki, diskdə olan ulduzlar əvvəlkinə nisbətən mərkəz diskdən daha uzaqdadırlar. "Astrofizika de Kanariya" jurnalının baş redaktoru Martin Lopez "Qalaktik mərkəzdən çox uzaqda ulduzların var olduğunu qətiyyətlə söyləmək olar. Bundan öncə heç kim spektroskopik olaraq diskə aid olan ulduzları (81 min işıq il) doğrulaya bilməmişdir” deyə vurğulayır.

"Böyük süd yolu” və ya "Samanyolunun” qonşusu "Andromeda” qalaktikası

Araşdırmaçılar mərkəzdən kənarlara doğru ulduzların sıxlığının azaldığını deyirlər, hansı ki, böyük diametrə malik olan bizim qalaktikamız 220 000 işıq ili uzaqlıqda olan Andromeda qalaktikasından daha kiçikdir.

Qalaktikamızın ölçüləri böyük olsa da, kütləsi çox deyil. Qalaktikanın kənar hissəsində az sıxlığa malik seyrək ulduzlar yerləşib. Bu seyrək ulduzlar qalaktikanın digər hissəsindəki ulduzların yanında "dəryada bir su damlası” kimi görünür, ona görə də "Saman yolu” qalaktikasının kütləsi əhəmiyyətli dərəcədə dəyişməz qalır.

Tarix
2018.06.17 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla