Yuxarı

Merkelin bu sözü NATO-da parçalanma yarada bilər? – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

G7 toplantısı zamanı ABŞ və Avropa ölkələri arasında yaranmış gərginliklər və bundan doğan etirazlar tərəflərin qarşılıqlı ittihamları ilə müşahidə olunsa da, bunlar bəlli bir çərçivədən kənara çıxmayacaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Trampın G7-nin qətnaməsini imzalamaqdan imtinası haqlı olaraq Merkelin etirazlarına səbəb olmuşdu:

“Amma bunun NATO ilə müttəfiqlikdə problem yaradacağına inanmıram. Hazırda narazılıqlar ABŞ-ın alüminium və polada qoyduğu əlavə vergilərlə bağlı idisə, bundan xeyli öncə daha ciddi səbəblərdən konfilktlər yaşanmışdı. Hələ Obama dönəmində ABŞ-ın xüsusi xidmət orqanlarının Avropa liderlərinin, xüsusilə, Merkelin telefonlarını, ofisini dinlədikləri üzə çıxmışdı və böyük skandala səbəb olmuşdu. Merkel özü bununla bağlı açıqlamalar verməsə də, alman mətbuatı bu məsələnin üzərinə kəskin şəkildə getmişdi. ABŞ rəsmiləri isə yaranmış vəziyyəti maksimum yumşaltmağa çalışmışdı. O zaman da təhlükəsizlik məsələləri, NATO ilə bağlı hər hansı neqativ fikirlər deyilməmişdi”.

Ekspert NATO-nun parçalanması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: “Avropa siyasətində bütün əlaqələr, əməkdaşlıqlar bir tərəfə, NATO isə bir başqa tərəfədir. Yaxın tariximizdə böyük Avropa dövlətləri, o cümlədən Almaniya, NATO-ya qarşı kəskin fikirlər səsləndirməyib və yaxın gələcəkdə də səsləndirməyəcək. Dünyada qütbləşmənin getdiyi bir vaxtda AB NATO ilə münasibətləri korlayıb Rusiyaya və Çinə üzünü çevirməz. Bu imkansızdır. Təkbaşına isə Avropa dövlətlərinin hər hansı blok yaratmağa getməsi inandırıcı deyil. Aralarında olan narazılıqlara, fikir ayrılıqlarına baxmayaraq, Qərbin hərbi təhlükəsizliyini NATO həyata keçirir və üzv dövlətlərin hamısı bundan məmnundur. Merkelin bundan sonra ABŞ-a etimad edə bilməyəcəklərini deməsi Trampa qarşı söylənilib. Bu ifadələrin hərbi sahədə əməkdaşlıqlara ziyanı olmayacaq. Başqa bir tərəfdən NATO-da əsas güc ABŞ-dadır, xərclərin çoxu da ABŞ tərəfindən qarşılanır”.

Tarix
2018.06.18 / 09:40
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla