Yuxarı

ABŞ-dan Türkiyəyə silah qadağası: Layihə təsdiqləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun büdcəsinin müəyyənləşməsindən sonra ABŞ Konqresində Milli Müdafiə haqqında qanun layihəsi təsdiqlənib.

Axar.az xəbər verir ki, qanun layihəsinin Türkiyə ilə bağlı hissəsinə "Patriot" hava hücumundan müdafiə sistemlərinin, "Çaynuk" tipli ağır nəqliyyat, "AH-1 Kobra", "H-60 Black Havk" tipli hücum helikopterlərinin, F-35 və F-16 hərbi təyyarələrin Türkiyəyə satılmasını qadağan edən xüsusi maddə əlavə olunub. Müdafiə nazirinin 60 gün ərzində xarici işlər naziri ilə məsləhətləşərək layihəni Konqresə təqdim etməsi qərarlaşdırılıb. Qanun daha sonra təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

Hesabat tamamlanmadan hər hansı silahın Türkiyəyə satışına icazə verilməməsi də qanunda qeyd olunub.

Qeyd edək ki, may ayında ABŞ Nümayəndələr Palatasında qəbul edilən Milli Müdafiə Təqdimatı Aktına əsasən, F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasına qərar verilmişdi.

Tarix
2018.06.19 / 11:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla