Yuxarı

BƏƏ: Tehrana savaş elan edilsə, Ər-Riyadı dəstəkləyəcəyik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri İranla birbaşa müharibə vəziyyətində Səudiyyə Ərəbistanına kömək edəcək, lakin bu yardım Ərəb Körfəzi Dövlətləri Əməkdaşlıq Şurasının razılaşmaları çərçivəsində olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri BƏƏ-nin Ukraynadakı səfiri Səlim Əhməd əl-Kaabi deyib.

“BƏƏ və Səudiyyə Ərəbistanı Körfəz Ölkələri Şurasının üzvləridir. Baş verən bütün fəaliyyətlər bu şura çərçivəsində həyata keçirilməlidir. BƏƏ istənilən hərbi fəaliyyətdən, istənilən müharibədən mümkün bütün yollarla qaçmağa çalışacaq, lakin biz unutmamalıyıq ki, təşkilat daxilində həmçinin hərbi razılaşmalar, qarşılıqlı müdafiə barədə sazişlər də var. Səudiyyə və İran heç vaxt bir-birlərinə müharibə elan etməyiblər. Belə ki, onlar müxtəlif konfliktlərdə müxtəlif mübarizə tərəflərini dəstəkləyirlər. Həm Ər-Riyad, həm də Tehran özünü Yaxın Şərqin lideri hesab edir. Bu mübahisə artıq 40 ildir davam edir”, - səfir bildirib.

Xatırladaq ki, mart ayında Səudiyyə vəliəhdi Məhəmməd bin Salman İranla ölkəsi arasında 10-15 il ərzində birbaşa hərbi qarşıdurma yaşana biləcəyini açıqlamışdı.

Tarix
2018.06.20 / 01:45
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla